...

Bakıda kibernetikanın perspektivləri və problemlərinə həsr olunmuş beynəlxalq konfans keçiriləcək

Cəmiyyət Materials 6 Sentyabr 2012 11:46 (UTC +04:00)
Sentyabrın 12-15-də Bakıda kibernetikanın perspektivləri və problemlərinə həsr olunmuş beynəlxalq konfans keçiriləcək.
Bakıda kibernetikanın perspektivləri və problemlərinə həsr olunmuş beynəlxalq konfans keçiriləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 12-15-də Bakıda kibernetikanın perspektivləri və problemlərinə həsr olunmuş beynəlxalq konfans keçiriləcək. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, həmin konfransda "Seysmik cihazlar, sistemlər və texnologiyalar" bölməsi də fəaliyyət göstərəcək.

Əliyev bildirib ki, həmin bölmənin iclaslarında iştirak etmək üçün dünyanın əsas seysmik ölkələrindən olan ABŞ, İtaliya, Kanada, Yunanıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Ukraynadan və s. çox məşhur mütəxəssislər dəvət edilib.

İnstitut direktorunun sözlərinə görə, xarici mütəxəssislər Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyalarla da tanış olacaq. onların işi ilə bağlı öz rəy və təkliflərini açıqlayacaqlar.

"Ola bilsin ki, həmin ölkələr də bizim kimi belə eksperimentlər aparmağa başlayacaqlar. Biz artıq bununla stansiyaların quraşdırılması sahəsindəki təcrübəmizi Azərbaycandan kənara çıxarırıq və dünya miqyasında belə eksperimentlərin aparılmasını təqlid edirik", - Əliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti