...

Azərbaycanın millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2012 14:38 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanovun rayon seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayona səfərləri davam edir.
Azərbaycanın millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Milli Məclisin deputatı Novruz Aslanovun rayon seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayona səfərləri davam edir.

Sentyabr ayının 6-da millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib. Görüşə gələn sakinlərin hər birini şəxsən qəbul edən deputat onları dinləyib və qaldırılan məsələlərə diqqətlə yanaşılacağını vurğulayıb. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. İşə düzəlmə və təhsil haqqının ödənilməsinə köməklik göstərilməsi barədə millət vəkilinə müraciət edənlərin sayı çoxluq təşkil edib.

Bir neçə məsələnin həllinə deputat öz köməkliyini göstərib. Həlli zaman tələb edən məsələlər barədə əlaqədar təşkilatlara müvafiq müraciətlərin ediləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti