...

Azərbaycan hökuməti Təhsil Nazirliyi müəssisələrinə doktoranturaya qəbul planını təsdiqləyib

Cəmiyyət Materials 11 Sentyabr 2012 15:46 (UTC +04:00)
Nazirlər Kabineti Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinə doktoranturaya qəbul planını təsdiqləyib.
Azərbaycan hökuməti Təhsil Nazirliyi müəssisələrinə doktoranturaya qəbul planını təsdiqləyib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinə doktoranturaya qəbul planını təsdiqləyib.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova çərşənbə axşamı Trend-ə deyib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

Hüseynova deyib ki, sənəd qəbuluna sentyabrın 17-dən başlanacaq. Sənəd qəbulu oktyabrın 16-dək davam edəcək. Qəbul planı yaxın günlərdə ali məktəblərə göndəriləcək.

Şöbə müdiri bildirib ki, təhsil haqqı hökumət tərəfindən təsdiqlənməyib. Təhsil haqqı qəbul olunanla qəbul edən tərəf arasında imzalanmış müqavilə ilə tənzimlənməlidir.

Xəbər lenti

Xəbər lenti