...

Quba-Qusar yolunda təmir işləri davam etdirilir (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 10:40 (UTC +04:00)
Uzunluğu 11,6 km, eni 7 m olan Quba-Qusar yolu genişləndirilərək 2-ci texniki dərəcəyə uyğun əsaslı şəkildə təmir olunur.
Quba-Qusar yolunda təmir işləri davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

Uzunluğu 11,6 km, eni 7 m olan Quba-Qusar yolu genişləndirilərək 2-ci texniki dərəcəyə uyğun əsaslı şəkildə təmir olunur.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hamarlayıcı qatdan əlavə 3 laydan ibarət olacaq asfalt-beton örtüklü yolda layihə üzrə dairəvi boruların təmiri, istinad divarlarıının tikintisi, şəhər ərzisindən keçən hissələrdə səkilərin salınması və 7-ci km-də Quruçay üzərindəki körpünün sökülərək yenisinin tikintisi nəzərdə tutulub.

Yol boyunca zədələnmiş hissələr qazılaraq çıxarılır, lazımi materiallar doldurularaq kipləşdirilir və yeni asfalt-beton örtüyünün salınması Qusar şəhəri istiqamətində davam etdirilıir.

Artıq 8 dairəvi boru təmir olunub, 7500 pm uzunluğunda səki daşları düzülüb, zəruri olan ərazilərdə istinad divarları tikilib və 4,7 km-lik hissədə 2 qat asfalt-beton örtüyünün vurulması başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti