...

Azərbaycan turistlərinə xəbərdarlıq

Cəmiyyət Materials 12 Sentyabr 2012 16:34 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turistlərə xəbərdarlıq edib.
Azərbaycan turistlərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turistlərə xəbərdarlıq edib.

Trend çərşənbə günü nazirliyin rəsmi saytına istinadən bildirir ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə onlar tərəfindən mütəmadi olaraq turizm şirkətlərinin fəaliyyətinin monitorinqini aparılır.

Turizm mövsumündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatların artması ilə əlaqədar nazirlik bildirir ki, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib.

Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları bir daha xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər.

Neqativ faktlar aşkar edildikdə nazirliyin 147 qaynar xəttinə müraciət etmək və yaxud www.mct.gov.az saytına müvafiq məlumatları göndərsinlər.

Xəbər lenti

Xəbər lenti