...

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alan 225 nəfərin diplomunu tanımadı

Cəmiyyət Materials 13 Sentyabr 2012 16:26 (UTC +04:00)
Təhsil Nazirliyi bu il ərzində xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması və nostrifikasiyası ilə əlaqədar müraciətləri araşdırarkən 225 müraciət üzrə qeyri-qanuni fakt aşkarlayıb.
Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil alan 225 nəfərin diplomunu tanımadı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi bu il ərzində xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması və nostrifikasiyası ilə əlaqədar müraciətləri araşdırarkən 225 müraciət üzrə qeyri-qanuni fakt aşkarlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, həmin sənədlərin tanınmaması barədə qərar qəbul olunub.

Ümumilikdə bu il ərzində Təhsil Nazirliyinə diplomların tanınması və nostrifikasiyası ilə əlaqədar 1854 müraciət daxil olub. Həmin müraciətlərdən 1403-ü müsbət həll edilib. Müraciətlərin 226-na isə hazırda baxılır.

Xəbər lenti

Xəbər lenti