...

"Binə" ticarət mərkəzində zəhərlənənlərin sayı 148-ə çatıb

Cəmiyyət Materials 17 Sentyabr 2012 10:05 (UTC +04:00)
"Binə" ticarət mərkəzində zəhərlənənlərin sayı 148-ə çatıb. Bu barədə Trend-ə Klinik Tibbi Mərkəzdən məlumat verilib.
"Binə" ticarət mərkəzində zəhərlənənlərin sayı 148-ə çatıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.mehdiyev/

"Binə" ticarət mərkəzində zəhərlənənlərin sayı 148-ə çatıb. Bu barədə Trend-ə Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ötən gün "Binə" ticarət mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 148 nəfər olub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, sentyabrın 16-da "Binə" ticarət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti