...

Bakı Ali Neft Məktəbinin tələbələrinə planşet kompyüter hədiyyə edilib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2012 14:54 (UTC +04:00)
Trend-in məlumatına görə, Dövlət Neft Şirkətinin adından Bakı Ali Neft Məktəbinə qəbul olmuş 117 tələbədən hər birinə planşet kompyuter (iPad) hədiyyə edilib.
Bakı Ali Neft Məktəbinin tələbələrinə planşet kompyüter hədiyyə edilib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Tədris ilinin ilk günündə ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və tərəfdaş universitet - Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman tələbələri təbrik edib, ölkənin təhsil sisteminə dövlət qayğısını və ali məktəbin yaradılması üçün görülən işləri yüksək qiymətləndiriblər.

Trend-in məlumatına görə, Dövlət Neft Şirkətinin adından Bakı Ali Neft Məktəbinə qəbul olmuş 117 tələbədən hər birinə planşet kompyuter (iPad) hədiyyə edilib.

Qəbul imtahanlarında 690 bal toplamış Rəhimov Rza tələbələrin adından və valideynlər çıxış edərək ölkə rəhbərliyinə təhsil sisteminin inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti