...

Dünya Azərbaycanlı Gənclər Birliyi beynəlxalq festivalda iştirak edib (FOTO)

Cəmiyyət Materials 17 Sentyabr 2012 15:10 (UTC +04:00)
Birlikdən Trend-ə verilən məlumata görə, DAGB-nin Cənubi Koreyadakı nümayəndəsi, KAIST Universitetinin tələbəsi Cavid Əliyev sentyabrın 16-da Seulun Olimpik stadionunda keçiriləcək "World Peace Initiative" adlı beynəlxalq festivalda iştirak edib.
Dünya Azərbaycanlı Gənclər Birliyi beynəlxalq festivalda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) nümayəndəsi Cənubi Koreyada festivalda iştirak edib.

Birlikdən Trend-ə verilən məlumata görə, DAGB-nin Cənubi Koreyadakı nümayəndəsi, KAIST Universitetinin tələbəsi Cavid Əliyev sentyabrın 16-da Seulun Olimpik stadionunda keçiriləcək "World Peace Initiative" adlı beynəlxalq festivalda iştirak edib.

Festivalın məqsədi müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanları bir araya toplamaq və bütün dünyada sülhə nail olmaqdır. Festivalda 100 mindən artıq insanın iştirak edib.

Festivalın əsas hadisəsi "Ginnes rekordu"nun yenilənməsi olub. Belə ki, festivalın keçirildiyi Olimpik stadionunda eyni anda 100 min çıraq işıqlandırılıb. Bununla müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən insanlar "Dünyaya sülh" mesajı veriblər.

Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclər Birliyi 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmiş qurultayda təsis edilib. Birlik öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir.

Xəbər lenti

Xəbər lenti