Rüstəm Usubov: Yol-nəqliyyat hadisəsinin Nigar Yaqublu tərəfindən törədildiyi dəlillərlə tam sübuta yetirilib (MÜSAHİBƏ)

Rüstəm Usubov: Yol-nəqliyyat hadisəsinin Nigar Yaqublu tərəfindən törədildiyi dəlillərlə tam sübuta yetirilib (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Baş prokurorun birinci müavini Rüstəm Usubovun Trend-ə müsahibəsi

- Hörmətli Rüstəm müəllim, son günlər bəzi kütləvi informasiya vasitələrində 25 avqust 2012-ci il tarixdə Abşeron rayonu ərazisində baş vermiş ölümlə nəticələnən yol nəqliyyat-hadisəsi faktına görə Nigar Yaqublunun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və əsassız həbsə alınması, bu qərarların qəbul edilməsində onun partiya mənsubiyyəti məsələsinin əsas rol oynadığı barədə müxtəlif məlumatlar yayımlanır. Bu barədə Sizin mövqeyinizi bilmək istərdik.

- Diqqətinizə çatdırmaq istəyirəm ki, 25 avqust 2012-ci il tarixdə saat 10:30-da Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində Xəlilov Sadiq Cəfər oğlunun idarə etdiyi "Kamaz" markalı 04-BD-532 dövlət qeydiyyat nişanlı avtomobillə Acalov Aydın Rəşid oğluna məxsus "Peujeot-206" markalı 90-DP-573 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobildə olan Aydın Acalovun hadisə yerində ölməsi və Yaqublu Nigar Tofiq qızının isə xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanaraq istintaq aparılır.

Lakin qeyd edilən hadisənin baş verdiyi ilk gündən müxtəlif qüvvələr tərəfindən onun məqsədyönlü şəkildə siyasiləşdirilməsinə və bu yolla Nigar Yaqublunun cinayət məsuliyyətindən kənarlaşdırılmasına, ictimai rəydə hadisənin Aydın Acalov tərəfindən törədilməklə avtomobilin onun tərəfindən idarə olunması barədə obyektiv reallıqdan uzaq fikirlərin formalaşdırılmasına çoxsaylı cəhdlər göstərilmişdir.

Törətdiyi əmələ görə məsuliyyətdən yayınmaq məqsədilə Nigar Yaqublu hadisə baş verdikdən dərhal sonra həmin yerə gələn polis əməkdaşlarına avtomobilin onun tərəfindən idarə edilmədiyini və ümumiyyətlə avtomobil idarə edə bilmədiyini, sükan arxasında mərhum Aydın Acalovun olduğunu bildirmiş və bununla da istintaq orqanının nümayəndələrini yanlış yola istiqamətləndirmişdir. Eyni zamanda hadisədən sonrakı günlərdə "Müsavat" partiyasının təsiri altında olan mətbuatda avtomobilin guya Aydın Acalov tərəfindən idarə olunmasına dair həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Prosessual qaydada rəsmiləşdirilmiş sübutlarla müəyyən edilmişdir ki, hadisədən sonrakı günlərdə Nigar Yaqublunun atası Tofiq Yaqublu qızının vəkili Osman Kazımovla dəfələrlə görüşərək həmin yol-nəqliyyat hadisəsinin Nigar Yaqublu tərəfindən törədilməməsi fikrinin formalaşdırılması və istintaqın yalnış yola istiqamətləndirilməsi üçün konkret addımlar atmış, yalnız iş üzrə təkzibedilməz sübutların olması onların həmin niyyətlərinə çatmalarına mane olmuşdur.

Qeyd edilən hadisə ilə bağlı istintaq orqanı və nəzarətedici prokurorluq tərəfindən ibtidai araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülməklə, həmin yol-nəqliyyat hadisəsinin sürücülük hüququ olmayan Nigar Yaqublu tərəfindən törədildiyi və avtomobilin sükanı arxasında məhz onun olduğu təkzibedilməz dəlillərlə tam sübuta yetirilmişdir.

Belə ki, istintaq zamanı əldə olunmuş sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsində iştirak etmiş "Kamaz" markalı avtomobilin sürücüsü Xəlilov Sadiq Cəfər oğlunun, hadisənin bilavasitə şahidləri Səfərəliyev Vəliyulla Nüsrəddin oğlunun, Rəhimov Xancan Qara oğlunun və Qasımov Hüseyn Məhəmməd oğlunun ifadələri, xüsusi kameraların video görüntüləri və keçirilmiş zəruri ekspertizaların rəyləri ilə hadisənin məhz Nigar Yaqublu tərəfindən törədilməsi müəyyən edilmişdir. Respublika əhəmiyyətli yollarda quraşdırılmış nəzarət qurğularının kamera görüntülərinin videoyazısında 25.08.2012-ci il tarixdə saat 10:20-dən saat 10:35-dək olan müddət ərzində Bakı-Şamaxı-Yevlax yolunun 13-cü kilometrində Şamaxı rayonu istiqamətində hərəkətdə olan "Peujeot-206" markalı 90-DP-573 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə qədər olan kamera görüntülərinin videoyazısında avtomobilin sükanı arxasında Nigar Yaqublunun olduğu və onun avtomobili yaşayış məntəqəsində yüksək sürətlə idarə edib əks hərəkət zolağına çıxmaqla "Kamaz" markalı avtomobillə toqquşduğu öz əksini tapmışdır.

Xüsusi qeyd etmək istərdim ki, Nigar Yaqublu istintaqın ilkin mərhələsində Azərbaycan Respublikası CPM-nin 226.1-ci maddəsinin tələblərinə müvafiq qaydada 25.08.2012-ci il tarixdən 04.09.2012-ci il tarixədək olan dövr ərzində 7 dəfə istintaq orqanının çağırışına üzürlü səbəblər olmadan gəlməmiş və iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə məqsədyönlü şəkildə maneçilik törətməklə istintaqı düzgün yoldan yayındırmağa çalışmışdır. Yalnız təkzibedilməz sübutlar qarşısında aciz qalaraq o, 04 sentyabr 2012-ci il tarixdə istintaqa gələrək şahid qismində ifadə vermiş və Aydın Acalovun ölümü ilə nəticələnmiş həmin yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədildiyini etiraf etmişdir.

- Cinayət işinin istintaqı gedişində Nigar Yaqublunun həbsə alınmasının hansı zərurətdən irəli gəldiyi barədə fikirlərinizi bilmək istərdik.

- Həbs qətimkan tədbirinin seçilməsinin əsasları Azərbaycan Respublikası CPM-nin 155.1.1-155.3 və 157-ci maddələrində təsbit edilmişdir. Həmin əsaslardan biri kimi cinayət törətmiş şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi ehtimalının olması müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasında həbs qətimkan tədbirinin seçilməsi məhkəmə orqanlarının müstəsna səlahiyyətində olan məsələdir.

Nigar Yaqublunun yuxarıda qeyd edildiyi kimi iş üzrə zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi ilə əlaqədar 7 dəfə istintaqın çağırışlarına üzürlü səbəblər olmadan gəlməməsi onun barəsində belə bir qərarın qəbul edilməsi üçün əsas olmuşdur. Buna görə də iş üzrə istintaqı aparan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənovun 10 sentyabr 2012-ci il tarixli qərarı ilə Nigar Yaqublu cinayət prosessual qanunvericiliyinin tələblərinə tam əməl edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Həmin tarixdə Nigar Yaqublu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra istintaq orqanı tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmaqla onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Abşeron rayon məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 11 sentyabr 2012-ci il tarixli qərarı ilə Nigar Yaqublu barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Abşeron rayon məhkəməsinin qeyd olunan qərarından verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2012-ci il tarixdə baxılmış və Nigar Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

- Mətbuatda həmçinin Aydın Acalovun oğlu Rəşad Acalovun həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nigar Yaqubludan heç bir şikayətinin olmaması və sonuncu ilə barışmasına dair məlumatlar yerləşdirilmişdir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikası CM-nin 73-cü və CPM-in 40-cı maddələrində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilməsi nəzərdə tutulmuşdur. Nigar Yaqublunun törətdiyi cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması onu cinayət məsuliyyətindən azad etmir. Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin hüquq və vəzifələrini əks etdirən Azərbaycan Respublikası CPM-nin 106-cı maddəsində zərərçəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun olmadığı qeyd edilmişdir. Rəşad Acalov istintaq zamanı Aydın Acalovun hüquqi varisi qismində tanınaraq dindirilmiş və ona qanunun yuxarıda qeyd olunan tələbləri izah edilmişdir.

Hazırda cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq davam etdirilməklə, qanuni qərarların qəbul edilməsi və nəticələr barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaqdır.

Sonda bir daha vurğulamaq istərdim ki, ölümlə nəticələnən bu yol-nəqliyyat hadisəsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı gedişində məsələlərə hər hansı bir siyasi mövqedən yanaşmadan, kiminsə partiya mənsubiyyətindən asılı olaraq ona qərəzli münasibət göstərilməsindən söhbət gedə bilməz. Bu məsələdə konkret cinayət hadisəsindən və həmin cinayəti törətmiş şəxsin qanunla müəyyən edilmiş qaydada layiq olduğu məsuliyyətindən söhbət gedir. Ona görə də məsləhət bilərdim ki, bu məsələdən öz məqsədləri üçün yararlanmaq istəyən qüvvələr ictimai rəyi çaşdıran məlumatları səsləndirməkdən əl çəksinlər və yalnız obyektiv reallıqlara əsaslanan faktları olduğu kimi ictimaiyyətə çatdırsınlar.

Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Azərbaycanda peyk vasitəsilə yeraltı su ehtiyatları tədqiq olunacaq
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
Loading Bars
Xəbər lenti
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
Bütün xəbərlər