...

Azərbaycanda sentyabrın 23-ü axşamdan hava soyuyacaq, güclü şimal küləyi əsəcək, leysan xarakterli yağış yağacaq

Cəmiyyət Materials 21 Sentyabr 2012 11:19 (UTC +04:00)
Azərbaycan ərazisində sentyabrın 23-ü axşam saatlarından başlayaraq hava soyuyacaq. Güclü şimal küləyi əsəcək, leysan xarakterli yağış yağacaq.
Azərbaycanda sentyabrın 23-ü axşamdan hava soyuyacaq, güclü şimal küləyi əsəcək, leysan xarakterli yağış yağacaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində sentyabrın 23-ü axşam saatlarından başlayaraq hava soyuyacaq. Güclü şimal küləyi əsəcək, leysan xarakterli yağış yağacaq. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, sentyabrın 23-ü axşamdan başlayaraq şimal-qərbdən, yəni Qara dəniz rayonlarında və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsi Azərbaycan ərazisinə yaxınlaşacaq. Buna görə də, hava şəraitində dəyişiklik gözlənilir.

Sentyabrın 23-ü axşamdan başlayaraq sentyabrın 24-ü səhər və gecə Bakıda və Abşeron yarımadasında şimal küləyi artacaq və arabir saniyədə 15-20 metrə çatacaq.

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 22-24 dərəcə təşkil edəcək.

Dəyişkən hava şəraiti qısamüddətli olacaq, sentyabrın 23-ü axşam saatlarından başlayaraq sentyabrın 25-nə qədər davam edəcək.

Azərbaycanın rayonlarında yağmurlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə leysan xarakterli olacaq.

Xəbər lenti

Xəbər lenti