...

“Siyəzən Broyler”in korrupsiya cinayətində ittiham olunan əməkdaşına şərti cəza verilib

Cəmiyyət Materials 28 Sentyabr 2012 14:36 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində "Siyəzən Broyler" ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Siyəzən Broyler”in korrupsiya cinayətində ittiham olunan əməkdaşına şərti cəza verilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Ağır Cinayətlər Məhkəməsində "Siyəzən Broyler" ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmədən Trend-ə verilən məlumata görə, məhkəmənin hökmü ilə Vüqar Hacınəsibov 3 il müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, "Siyəzən Broyler" ASC-nin sabiq satıcı-ekspeditoru Vüqar Hacınəsibovun hesabında çatışmazlığın olması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Müəyyən edilib ki, Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edərək talayıb. Hacınəsibov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti