...

Şıx çimərliyinin sahil zolağı tullantılardan təmizlənib

Cəmiyyət Materials 29 Sentyabr 2012 11:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Beynəlxalq Dəniz Günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq bu gün Şıx çimərliyinin sahil zolağında iməcilik təşkil olunub
Şıx çimərliyinin sahil zolağı tullantılardan təmizlənib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Şıx çimərliyinin sahil zolağı tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
"Beynəlxalq Dəniz Günü" ərəfəsində ölkəmizdə "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq bu gün Şıx çimərliyinin sahil zolağında iməcilik təşkil olunub.

İməcilikdə nazirliyin əməkdaşları ilə birgə bələdiyyə, ictimaiyyət nümayəndələri də iştirak edib və Şıx çimərliyinin sahil zolağında 10 hektar ərazi 10 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Qeyd edək ki, "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilmiş bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti