...

Bakının bəzi ərazilərində içməli suyun verilməsində fasilələr olacaq

Cəmiyyət Materials 1 Oktyabr 2012 10:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bu gün Bakının bir sıra qəsəbələrinin içməli su ilə təminatında fasilələr olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında yenidənqurma işləri aparılır.

Bununla əlaqədar olaraq oktyabrın 1-də gün ərzində Bakı şəhəri Binəqədi rayonunun Biləcəri və Binəqədi qəsəbələrinin, Abşeron rayonunun Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti