Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Bədəlova/
Forumda iştirak etmək üçün Azərbaycana gələn qonaqların ölkə haqqında yalnız xoş təəssüratları qalacaq, həmçinin Azərbaycan, ölkənin tarixi və ənənələri barədə daha çox öyrənmək istəyi yaranacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun qabaqcıl elmi əməkdaşı Yelena Knyazeva Bakı Beynəlxalq Humanitar Forumunda bildirib.
Onun sözlərinə görə, bu forum böyük əhəmiyyətə malikdir, çünki o, Azərbaycanın yaxşı tərəflərini göstərir.
"Forum ölkənin dünyadakı yerini, həmçinin Azərbaycanın müstəqillik dövründə nail olduqlarını anlamaq baxımından əhəmiyyətlidir", - Knyazeva qeyd edib.