...

RF-nin Xəzər flotiliyasının gəmilər dəstəsi Azərbaycana gələcək

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:57 (UTC +04:00)
Rusiya Federasiyasının (RF) Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmilər dəstəsi oktyabrın 9-11-də Azərbaycana gələcək.
RF-nin Xəzər flotiliyasının gəmilər dəstəsi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya Federasiyasının (RF) Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmilər dəstəsi oktyabrın 9-11-də Azərbaycana gələcək. Bu barədə cümə günü Trend-ə Rusiyanın Bakıdakı səfirliyindən bildirilib.

Gəmilər dəstəsi Rusiya Xəzər Flotiliyasının "Tatarıstan" raketdaşıyıcı gəmisinin flaqmanlığı altında gəlir.

Səfərdə məqsəd Xəzərdə Rusiya və Azərbaycan dənizçiləri arasında dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsidir.
Səfər çərçivəsində işgüzar görüşlər, təcrübə mübadiləsi, Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı, birgə idman tədbirləri nəzərdə tutulub.

Oktyabrın 10-da "Tatarıstan" gəmisi müvafiq reqlament üzrə Bakı sakinlərinin ziyarəti üçün açıq olacaq.

Xəbər lenti

Xəbər lenti