...

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib

Cəmiyyət Materials 6 Oktyabr 2012 11:29 (UTC +04:00)
Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükü elan edilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Agentlik Dövlət Taxıl Fondu üçün "Abşeron Taxıl MMC", "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "Karmen", "FATOĞLU", N.Quliyev adına Bakı-Taxıl, "Araz ASC", "Aveta", "EL" KM və "Neon" müəssisələri vasitəsilə cari ilin oktyabr ayının 6-dan noyabr ayının 15-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 320 AZN olmaqla Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla

Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün - 2 faizdən çox olmamaqla

Dən qarışığı (faizlə)

buğda üçün - 5 faizdən çox olmamaqla

Nəmlik (faizlə)- bütün

bitkilər üçün -13,0 faizdən çox olmamaqla

Yapışqanlıq -3-cü sinif

buğda üçün - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla

Şüşəvarilik

-3-cü sinif buğda üçün - 40-45% hüdudlarında

İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir

Anbar ziyanvericiləri - yol verilmir

Digər əlamətlər - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.

Xəbər lenti

Xəbər lenti