...

Azərbaycanda dünənki zəlzələlər yer qatında toplanan gərginlik nəticəsində baş verib

Cəmiyyət Materials 8 Oktyabr 2012 11:32 (UTC +04:00)
Azərbaycanda dünənki zəlzələlər yer qatında toplanan gərginliyin nəticəsində baş verib.
Azərbaycanda dünənki zəlzələlər yer qatında toplanan gərginlik nəticəsində baş verib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dünənki zəlzələlər yer qatında toplanan gərginliyin nəticəsində baş verib. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Azərbaycanda seysmik xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda V beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun rəhbəri Akif Əlizadə bildirib.

"Azərbaycan seysmoaktiv ərazidə yerləşdiyindən ölkə ərazisində hər gün müxtəlif maqnitudalı zəlzələr olur. Dünənki zəlzələlər toplanan gərginliyin nəticəsində baş verib", - o deyib.

Xəbər lenti

Xəbər lenti