...

Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 5-6 dərəcə enəcək

Cəmiyyət Materials 8 Oktyabr 2012 13:10 (UTC +04:00)
Sabah günün ikinci yarısından sonra Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 5-6 dərəcə enəcək.
Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 5-6 dərəcə enəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah günün ikinci yarısından sonra Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur 5-6 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 27-32, axşama doğru 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Oktyabrın 9-10-da Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, eyni zamanda, hava şəraitinin küləkli keçməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Oktyabrın 11-12-də oksigenlə zəngin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti