...

Azərbaycanda atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtomobillərin sürücüləri cəzalandırılıb

Cəmiyyət Materials 11 Oktyabr 2012 11:58 (UTC +04:00)
Azərbaycanda avqust ayında "Təmiz hava" aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakıda "Atmosfer havasının mühafizəsi haqqında" qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 28 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparıblar.
Azərbaycanda atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtomobillərin sürücüləri cəzalandırılıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda avqust ayında "Təmiz hava" aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Bakıda "Atmosfer havasının mühafizəsi haqqında" qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 28 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlamalar aparıblar.

bu barədə cümə axşamı bildirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlamaya cəlb olunmuş 581 avtomobildən 18-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub və bu müəssisələrə ödəmə təqdim olunub.

Bakı küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2623 avtomobildən 101-də atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

Ölkənin rayonlarındakı mərkəzi küçələrdə, magistral yollarda, həmçinin avtonəqliyyat təsərrüfatlarında keçirilmiş reydlər zamanı isə avtomobil vasitələrinin 2259-da atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğuna görə Yol Polis İdarəsinin əməkdaşları sürücülər barəsində inzibati qaydada tədbir görüblər.

"Aparılan araşdırmaların nəticəsi bir daha göstərib ki, bəzi avtonəqliyyat müəssisələrinin rəhbərlərinin və şəxsi avtomobillərin sürücülərinin laqeyd münasibətləri nəticəsində atmosfer havasının avtomobillərin tüstü qazlarının tərkibindəki zərərli maddələrlə çirklənməsi hallarına yol verilir", - nazirliyin məlumatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti