...

Azərbaycanda ondan artıq rayonun prokurorunun səlahiyyət müddəti başa çatıb

Cəmiyyət Materials 17 Oktyabr 2012 13:17 (UTC +04:00)
Azərbaycanda bir sıra rayonların prokurorlarının səlahiyyət müddəti başa çatdığı üçün sərəncama göndərilib.
Azərbaycanda ondan artıq rayonun prokurorunun səlahiyyət müddəti başa çatıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bir sıra rayonların prokurorlarının səlahiyyət müddəti başa çatdığı üçün sərəncama göndərilib.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, Culfa, Ordubad, Ağcabədi, Balakən, İmişli, Lerik, Oğuz, Saatlı, Sabirabad, Şuşa, Şabran, Şamaxı rayonlarının prokurorlarının 5 illik səlahiyyət müddəti başa çatıb.

Onlar sərəncama göndərilib və vəzifələrinin icrası müvəqqəti olaraq başqa şəxslərə tapşırılıb.

Həmin prokurorların 5 illik fəaliyyəti qiymətləndirildikdən sonra onların prokuror vəzifələrinə təyinatı məsələsi həllini tapacaq.

Bir neçə gün öncə Ağdaş rayon prokuroru Mirələkbər Seyidov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Bakının Nizami rayonunun prokuroru Mahir Muradov isə Konstitusiya Məhkəməsinə hakim təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti