...

Azərbaycanda bazar günü yay vaxtı ləğv edilir

Cəmiyyət Materials 24 Oktyabr 2012 10:42 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 28 oktyabr 2012-ci il tarixində saat 05:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Azərbaycanda bazar günü yay vaxtı ləğv edilir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda oktyabrın 28-də yay vaxtı ləğv edilir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 28 oktyabr 2012-ci il tarixində saat 05:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti