...

Türkiyə səfiri Azərbaycanda miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

Cəmiyyət Materials 24 Oktyabr 2012 18:11 (UTC +04:00)
Türkiyə səfiri Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əməkdaşlıq əsasında əlaqələri müzakirə ediblər.
Türkiyə səfiri Azərbaycanda miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan, Bakı, 24 oktyabr / Trend müxbir M.Əliyev/

Türkiyə səfiri Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əməkdaşlıq əsasında əlaqələri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Xidmətdən bildirilib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqunla görüşdə Azərbaycan-Türkiyə əlaqələrindən, digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də ikitərəfli münasibətlərin gələcəkdə inkişaf etdirilməsindən söz açıb.

Səmimi qəbula görə Dövlət Miqrasiya Xidmətinin rəisinə təşəkkürlərini bildirən səfir İsmayıl Alper Coşqun Azərbaycanın sürətli inkişafının göz önündə olduğunu və bu inkişafın hər sahədə özünü göstərdiyini vurğulayıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Mustafa Gür və səfirin üçüncü katibi Məryəm Tığraq iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti