...

“Akkord” Qurban bayramında ehtiyacı olan ailələri ziyarət etdi (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 14:35 (UTC +04:00)
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə geniş xeyriyyə tədbiri keçirilib.
“Akkord” Qurban bayramında ehtiyacı olan ailələri ziyarət etdi  (FOTO)

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyinin təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə geniş xeyriyyə tədbiri keçirilib.

Tədbir çərçivəsində ilk olaraq Əmək və Əhalinin Sosoal Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı uşaq internat evində yaşayan uşaqlar ziyarət edilib. Korporasiya nümayəndələri buradakı 140 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar, həmçinin əlil ailələri üçün gətirdikləri bayram sovqatıni, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigyena vasitələrini onlara təqdim ediblər. Müxtəlif əlamətdar günlərdə müəssisəni mütəmadi surətdə ziyarət edən "Akkord" nümayəndələrini burada böyük sevinclə qarşılayıblar. İnternat evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə, Korporasiya rəhbərliyinə və nümayəndələrinə təşəkkür edib.

Sonra Korporasiya nümayəndələri hər ilki ənənələrinə sadiq qalaraq Qızılqum qəsəbəsində yerləşən Xoçalı, Şuşa, Kəlbəcər və Ağdam qaçqınlarının məskunlaşdığı sanatoriyada olublar. Orada məşkunlaşan ailələrə bayram sovqatları paylanıb.
Daha sonra Korporasiyaya yardım üçün müraciət edən 4 nəfər ayrı-ayrı şəxsə bayram sovqatı və 400 AZN, həmçinin "Akkord" Korporasiyasının Bakı, Abşeron yarımadası və regionlarda yerləşən bütün müəssisələrinin əməkdaşlarına bayram sovqatı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti