...

Stalinqrad döyüşündə iştirak etmiş azərbaycanlıların nəzərinə

Cəmiyyət Materials 2 Noyabr 2012 18:46 (UTC +04:00)
"Stalinqrad döyüşündə alman-faşist ordusunun darmadağın edilməsinin 70 illiyinin bayram edilməsi barədə" Rusiya Federasiyası Prezidentinin 21 sentyabr 2012-ci il tarixli fərmanının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər çərçivəsində Stalinqrad döyüşünün bütün iştirakçılarının təbrik edilməsi nəzərdə tutulub.
Stalinqrad döyüşündə iştirak etmiş azərbaycanlıların nəzərinə

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

"Stalinqrad döyüşündə alman-faşist ordusunun darmadağın edilməsinin 70 illiyinin bayram edilməsi barədə" Rusiya Federasiyası Prezidentinin 21 sentyabr 2012-ci il tarixli fərmanının icrası ilə bağlı həyata keçiriləcək tədbirlər çərçivəsində Stalinqrad döyüşünün bütün iştirakçılarının təbrik edilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı olaraq, Stalinqrad döyüşündə iştirak etmiş bütün sağ qalmış azərbaycanlı döyüşçülərin nazirliyə müraciət etməsi xahiş olunur.

Əlaqə telefonu: (012) 596 50 07; (012) 596 50 37.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti