...

Misir Mərdanov: Müəllim işləmək istəyənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil

Cəmiyyət Materials 13 Noyabr 2012 14:55 (UTC +04:00)
Azərbaycanda ali məktəbi pedaqoji ixtisaslar üzrə bitirənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil. Bunu Trend-ə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Misir Mərdanov: Müəllim işləmək istəyənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəbi pedaqoji ixtisaslar üzrə bitirənlər üçün internatura sisteminin tətbiqi hələlik mümkün deyil. Bunu Trend-ə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, nazirlik internatura sisteminin tətbiqi ilə bağlı təkliflərini hökumətə təqdim edib.

Hazırda bu təkliflərin araşdırıldığını deyən Mərdanov bildirib ki, bu sistemin tətbiqi üçün qanunvericilikdə dəyişikliklər edilməli, hökumət tərəfindən qərar verilməlidir.

"Dünyanın bir çox ölkələrində də bu sistem tətbiq olunur. Biz də təkliflərimizi vermişik. Ancaq onun nə zamandan tətbiq ediləcəyini deyə bilmərəm", - nazir əlavə edib.

Qeyd edək ki, TN bakalavr səviyyəsi üzrə ali məktəblərin pedaqoji ixtisaslarını bitirən şəxslərin bir il təcrübə keçmələrini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti