Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M. Əliyev/
Qadınlara qarşı zorakılıq cəmiyyətin bəlasına çevrilir. Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Paşayeva bir neçə gün öncə bir ailədə 2 qadının ailədaxili zorakılığın qurbanı olduğunu və bundan narahatçılığını bildirib.
"Ailədaxili, məişət zorakılığının qurbanlarının sayı son vaxtlar daha da artıb. Bu, ciddi problemə və cəmiyyətin bəlasına çevrilir", - millət vəkili deyib.
Paşayeva hökumətin, QHT-lərin, media nümayəndələrinin birgə səyləri nəticəsində qadınlara qarşı zorakılıqla mübarizə aparılmasını vacib sayıb.