...

Əli Abbasov: Azərbaycan ərazisində baza stansiyalarının elektromaqnit şüaları normalara cavab verir

Cəmiyyət Materials 15 Noyabr 2012 13:44 (UTC +04:00)
Azərbaycan ərazisində quraşdırılan baza stansiyaları və elektromaqnit şüa yayan digər qurğular beynəlxalq təşkilatların tələb etdiyi normalara uyğun gəlir.
Əli Abbasov: Azərbaycan ərazisində baza stansiyalarının elektromaqnit şüaları normalara cavab verir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H. Vəliyev/

Azərbaycan ərazisində quraşdırılan baza stansiyaları və elektromaqnit şüa yayan digər qurğular beynəlxalq təşkilatların tələb etdiyi normalara uyğun gəlir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, respublikada baza stansiyalarının quraşdırılması Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) və digər beynəlxalq strukturların qəbul etdiyi normalara əsasən həyata keçirilir.

"Azərbaycanda bu sahəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturları tərəfindən nəzarət edilir. Mütəmadi monitorinqlər keçirilir. Son monitorinqlərin nəticələri bunu deməyə imkan verir ki, Azərbaycanda elektromaqnit şüalanmanın insan sağlamlığına qarşı təyin edilən təsir normalarını üstələyən yer yoxdur. Həmçinin bu sahə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin diqqət mərkəzindədir", - Abbasov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti