...

Azərbaycan sinoptikləri çiskinli, yağışlı hava proqnozlaşdırırlar

Cəmiyyət Materials 19 Noyabr 2012 12:15 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Azərbaycan sinoptikləri çiskinli, yağışlı hava proqnozlaşdırırlar

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycan sinoptikləri sabaha çiskinli, yağışlı hava proqnozlaşdırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, əsasən cənub rayonlarında yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 6-11, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Noyabrın 20-dən 22-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti