Gürcüstan, Tbilisi, 21 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) İstimaiyyətlə əlaqələr xidmətinin 38 əməkdaşı işdən azad edilib. Trend-in məlumatına görə, xidmətin rəhbəri Nino Qiorqobiani bildirib ki, İctimaiyyətlə əlaqələr departamenti Xidmətə çevrilib.
"Yenidən təşkilatlanma məlum idi. Nə qədər ki, "Patrul" televiziya verilişi efirə çıxmayacaqdı, insanlar bir o qədər işsiz oturmalı idilər", - Qiorqobiani izah edib.
DİN-in mətbuat xidmətinin keçmiş rəhbəri Salome Maxaradzenin sözlərinə görə, Nino Qiorqobiani 46 insanı işdən çıxarıb. Yenidən təşkilatlanma 16 noyabrda elan edilmişdi.