...

Trend İA-nın Ermənistanın bəzi KİV-lərinin təxribatı ilə bağlı bəyanatı

Cəmiyyət Materials 23 Noyabr 2012 19:03 (UTC +04:00)
Müstəqil Trend İnformasiya Agentliyinin (İA) saytında bu gecə RİA Novosti-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ilə bağlı materialından istifadə zamanı texniki səbəblərdən səhv məzmunlu mətn dərc edilib.
Trend İA-nın Ermənistanın bəzi KİV-lərinin təxribatı ilə bağlı bəyanatı

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Müstəqil Trend İnformasiya Agentliyinin (İA) saytında bu gecə RİA Novosti-nin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ilə bağlı materialından istifadə zamanı texniki səbəblərdən səhv məzmunlu mətn dərc edilib. Bununla əlaqədar olaraq, Trend oxucularından üzr istəyir.

Lakin bu texniki səhvdən sui-istifadə edən Ermənistanın bir sıra KİV-lərinin bunu öz ölkələrinin uğuru kimi təqdim etməyə cəhd edərək ucuz şou düzəltməsi faktı təəssüf doğurur. Bununla da həmin KİV-lər öz xalqının diqqətini siyasi və iqtisadi problemlərdən yayındıraraq, Ermənistanın siyasətinin iflasa uğramasını ört-basdır etməyə çalışıblar.

Trend İnformasiya Agentliyi bəyan edir ki, saytda bu cür texniki səhv redaksiyanın mövqeyi hesab edilə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti