Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu il dekabrın 2-dən 30-dək Bakıda Gənclər Təşkilatlarının IV Respublika Sərgisi keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, bu sərgi "Azərbaycan gəncləri 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində keçirilir. İki ildən bir təşkil olunan bu sərginin əsas məqsədi gənclər təşkilatlarının gördükləri işləri təqdim etmək, onların müxtəlif qurumlarla əlaqələrinin genişləndirilməsinə kömək etməkdir.
Sərginin açılışında yüksək səviyyəli dövlət rəsmilərinin, beynəlxalq təşkilat və səfirliklərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.