...

Allahşükür Paşazadə Çeçenistana qısamüddətli səfər edib

Cəmiyyət Materials 28 Noyabr 2012 11:22 (UTC +04:00)
Noyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasında qısamüddətli səfərdə olub.
Allahşükür Paşazadə Çeçenistana qısamüddətli səfər edib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Noyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasında qısamüddətli səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun anasının vəfatı ilə bağlı başsağlığı vermək məqsədi daşıyan səfərdə şeyxülislamı Milli Məclisin üzvü Cavanşir Paşazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev müşayiət ediblər.

Kadırovların paytaxt Qroznının 60 kilometrliyində yerləşən ata-baba yurdları olan Xasayurd kəndində Azərbaycanlı qonaqları Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov, Alimlər Şurasının sədri Xocəhməd Kadırov, Çeçenistan Ruhani İdarəsinin sədri, müfti Sultan Mirzayev qarşılayıblar.

Şeyxülislam Allahşükür Paşazadə mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, ruhuna dualar oxuyub.

Həmin gün Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti vətənə dönüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti