...

Bakının mərkəzində daha bir yol bağlanıb

Cəmiyyət Materials 30 Noyabr 2012 12:21 (UTC +04:00)
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bakının mərkəzində daha bir yol bağlanıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində daha bir yol bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, akademik Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Koroğlu Rəhimov küçəsi ilə kəsişməsinədək (Rumıniya səfirliyinin qarşısı) olan hissəsi yolda gedən qazıntı işləri səbəbindən bağlanıb.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti