Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai işlər üzrə müavini Bey Fenq bu gün Bakıda Amerika Mərkəzində tələbələrlə görüş keçirib.
Trend-in məlumatına görə, Azərbaycana səfərə gəldiyindən məmmun oluğunu deyən xanım Fenq görüşdə öz keçdiyi fəaliyyət yolu haqqında tələbələrə ətraflı məlumat verib.
Azərbaycana birinci dəfə səfər etdiyini deyən Fenq qeyd edib ki, səfəri zamanı Sumqayıt şəhərində olub, tələbə və gənclərlə interaktiv formada ünsiyyətdə olub.
O bildirib ki, Azərbaycan tələbələri ABŞ-da təhsil almağa, mübadilə proqramlarında iştirak etməyə böyük maraq göstərirlər.
11 il jurnalist kimi fəaliyyət göstərən xanım Fenq fəaliyyəti dövründə jurnalistika sahəsində qazandığı təcrübəni tələbələrlə bölüşüb və tələbələrin bu barədə müxtəlif suallarını cavablandırıb.
Həmçinin, görüşə videokörpü vasitəsilə Azərbaycanın müxtəlif regionlarından olan tələbələr də qoşularaq Fenqə jurnalistikanın müxtəlif istiqamətləri haqqında suallar ünvanlayıblar.
Qeyd edək ki, xanım Bey Fenq Salyana da səfər edəcək və orada ABŞ səfirliyinin ingilis dili üzrə proqramının və ABŞ hökumətinin təhsil proqramlarının iştirakçısı olan tələbələrlə görüşəcək.