...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir neçə hotelə lisenziya və ulduz verib

Cəmiyyət Materials 6 Dekabr 2012 12:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya və ulduz kateqoriyaları verib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir neçə hotelə lisenziya və ulduz verib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bir sıra mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya və ulduz kateqoriyaları verib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakıda fəaliyyət göstərən "Egoist", Gəncədə fəaliyyət göstərən "El Hotel" mehmanxanasına, Qax rayonunun İlisu kəndi ərazisində yerləşən "İLİSU" pansionatına, Bakıda fəaliyyət göstərən "Qafqaz Point Hotel" mehmanxanasına və Lənkəran-Lerik yolunun 36-cı kilometrliyində yerləşən "Cənub" istirahət mərkəzinə lisenziya verilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"na əsasən, 8 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib və onlara müvafiq ulduz kateqoriyaları verilib. "Ayan Palace" mehmanxanasına (Tovuz rayonu, Bozalqanlı kəndi) 5 ulduz, "Şəki Olimpiya Kompleksi" mehmanxanası (Şəki şəhəri, Salman Mumtaz küç., 1) - 5 ulduz, "Karvansaray" mehmanxanası (Gəncə şəhəri, Gəncə-Yevlax şosesi, 1-ci km) - 4 ulduz, "Kür" mehmanxanası (Mingəçevir şəhəri, İ.İslamzadə küçəsi, 98 A) - 4 ulduz, "Divan Express" mehmanxanası (Bakı şəhəri, Həsənoğlu küçəsi, 15 A) - 4 ulduz, "Grand Hotel" mehmanxanası (Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66) - 4 ulduz, "Riviera" mehmanxanası (Bakı şəhəri, Neftçi Qurban Abbasov küçəsi, 1) - 4 ulduz və "Noah's Ark" mehmanxanasına (Bakı şəhəri, 4-cü Kiçik Qala döngəsi, 13/37) 3 ulduz verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti