...

Qanun pozuntularına və işdə yol verdiyi nöqsanlara görə 10-dək icra məmuru işdən çıxarılıb

Cəmiyyət Materials 7 Dekabr 2012 10:12 (UTC +04:00)
Bu il qanun pozuntularına və işdə yol verdiyi nöqsanlara görə 10-dək icra məmuru cəzalandırılıb.
Qanun pozuntularına və işdə yol verdiyi nöqsanlara görə 10-dək icra məmuru işdən çıxarılıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il qanun pozuntularına və işdə yol verdiyi nöqsanlara görə 10-dək icra məmuru cəzalandırılıb.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, bir sıra yerli qurumlarda icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar müəyyən olunub.

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş kollegiyada qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə icra xidmətinin bir sıra əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 10-dək işçi tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.

Bu ilin 9 ayında 114 mindən çox məhkəmə qərarının icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilib, icradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb, 170-dən çox şəxs barəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti