...

Həftənin ilk iş günü Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Cəmiyyət Materials 9 Dekabr 2012 18:50 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq.
Həftənin ilk iş günü Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, həftənin ilk iş günündə Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir.

Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Azərbaycan rayonlarında havanın yağınyılı olacağı, sulu qar və dağlıq ərazilərdə qar yağacaq. Temperaturun gecə 1-6° isti, gündüz 7-11° isti olacağı gözlənilir. Dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti