...

Azərbaycan yol polisi qış mövsümünün başlaması ilə əlaqədar sürücülərə müraciət edib

Cəmiyyət Materials 10 Dekabr 2012 11:52 (UTC +04:00)
Azərbaycan yol polisi qış mövsümünün başlaması ilə əlaqədar sürücülərə müraciət edib.
Azərbaycan yol polisi qış mövsümünün başlaması ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisi qış mövsümünün başlaması ilə əlaqədar sürücülərə müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, qış mövsümünün başlaması ilə əlaqədar olaraq sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər.

Şöbə rəisi deyib ki, avtomobil şinləri protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Əliyevin sözlərinə görə, bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.

Yol polisi sürücülərə qış mövsümündə xüsusi qış təkərlərlərindən istifadə etmələrini tövsiyə edir.

"Havaların isti keçməsinə baxmayaraq, istənilən vaxt hava şəraiti qəfildən dəyişə, qar yağa bilər. Artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə edirik ki, qış mövsümündə nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirsinlər. Texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar", - Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti