...

Azərbaycanın orta məktəblərində təhlükəsiz qidanın təmin edilməsi məqsədilə milli standart layihəsi hazırlanacaq

Cəmiyyət Materials 13 Dekabr 2012 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil müəssisələrində tərbiyə alanların, şagird və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə milli standart layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən çümə axşamı Trend-ə verilən məlumata görə, komitədə bununla bağlı əmr imzalanıb. Əmrə əsasən işçi qrupuna 1 ay ərzində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün təqdim etmək tapşırılıb.

İşçi qrupuna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti