...

SAM-nın direktoru Bakı Ali Neft Məktəbində məruzə ilə çıxış edib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2012 15:24 (UTC +04:00)

Azərbaycan. Bakı, 15 dekabr /Trend/

15 dekabr 2012-ci il tarixində SAM-nın direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov Bakı Ali Neft Məktəbində "Azərbaycan: Geosiyasi kimlik" mövzusunda məruzə ilə çıxış etmişdir.

Coğrafi baxımdan Şərq və Qərbin qovşağında yerləşən, İslam və Türk dünyasının bir hissəsi olan Azərbaycan Respublikasınn Avropaya siyasi-iqtisadi və mədəni inteqrasiyası genişləndikcə, onun geosiyasi əhəmiyyəti də artmaqdadır. Unikal geosiyasi mövqeyə, zəngin təbii ehtiyatlara, sürətlə inkişaf etməkdə olan iqtisadiyyata malik ölkə bu gün fərqli sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynamaqla, postsovet məkanındakı müsəlman dövlətinin qısa vaxt ərzində iqtisadi-siyasi və mədəni inkişafının, zəngin tolerantlıq ənənələrinin, xalqların tarixən birgə yaşayışının bariz nümunəsidir. Bütün bu amillər Azərbaycana mühüm geoiqtisadi və geosiyasi üstünlüklər versə də, məhz onların sayəsində regionda həlledici mövqeyə, böyük potensiala malik dövlət kimi xarici mənafelər üçün cəlbedici olmuşdur. Azərbaycanda vətəndaş birliyinin təminatına yönəldilmiş daxili siyasətin, milli maraqların ödənilməsinə istiqamətləndirilən xarici siyasətin bir-birini tamamlaması, mükəmməl strategiyanın müəyyənləşdirilməsi ilk növbədə bu təhdidlərin qabaqlanmasında və qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

BANM-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçilərinin mütəmadi olaraq Bakı Ali Neft Məktəbində məruzələrlə çıxışları planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti