...

Yenilənmiş "Alma Store" mağazası müştərilərə qapılarını açdı (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2012 09:00 (UTC +04:00)
"Apple" şirkətinin Azərbaycanda rəsmi biznes partnyoru və satış mərkəzi olan "Alma Store" "Park Bulvar" AVM-də yerləşən mağazasını tam yeniləyərək müştərilərin üzünə açıb.
Yenilənmiş "Alma Store" mağazası müştərilərə qapılarını açdı (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Apple" şirkətinin Azərbaycanda rəsmi biznes partnyoru və satış mərkəzi olan "Alma Store" "Park Bulvar" AVM-də yerləşən mağazasını tam yeniləyərək müştərilərin üzünə açıb.

Artıq 3 ilə yaxındır ki fəaliyyət göstərən mağaza "Apple" şirkətinin qaydalarına uyğun olaraq "Apple Design Team" tərəfindən yeni "Apple Premium Reseller V2" standartlarına uyğun dizayn edilib və hazırlanıb. Mağazada istifadə olunan bütün avadanlıq xüsusi fabriklərdən sifariş edilib və "Apple" tərəfindən xüsusi yoxlamalardan keçib.

Açılış günü münasibətilə "Alma Store" kollektivi müştərilərini xüsusi atəşfəşanlıq və təntənə ilə yox, "Apple" və aksesuarların geniş çeşidi və peşəkar məsləhətləri sevindiriblər. Xatırladaq ki, bütün satıcı-konsultant heyəti xüsusi sertifikatlaşdırma proqramından keçiblər. Açılış günü hər bir müştəriyə xüsusi "Apple T-Shirt" hədiyyə olunub. Hədiyyə aksiyası hələ bir həftə də davam edəcək.

"Alma Store" şirkəti 2002-ci ildən etibarən "Apple" şirkətini Azərbaycanda təmsil edir. Ölkəmizdə "Apple" rəsmi satış tarixi "Mac.az Ltd" şirkətinin 2002-ci ildə "Apple" yerli təkrar satış təşkilatçısı statusunu aldıqdan sonra başlayıb və 2006-cı ildə eyniadlı lövhə altında ilk mağazasını açıb ki, bu da daha sonralar "Alma Store" ticarət nişanı əldə edib. Hazırda "Alma Store"un paytaxt şəbəkəsinə dörd mağaza daxildir. Mağazaların dizaynı "Apple Europe" tərəfindən hazırlanıb və "Apple Premium Reseller" statusu alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti