...

Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıb

Cəmiyyət Materials 27 Dekabr 2012 16:33 (UTC +04:00)
DİN-dən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN təmsilçilərindən ibarət heyət Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıb

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Daxili İşlər Nazirliyinin əməkdaşları qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN təmsilçilərindən ibarət heyət Sabirabad rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.

Polis general-leytenantı Əsgər Ələkbərov respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb.

Ümummilli liderimizin siyasi kursunu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımızın qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb. Bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, həmçinin BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini ortaya qoyduğunu, iqtisadi potensialımızın, siyasi çəkimizin durmadan artdığını xatırladan nazir müavini qarşımızda duran əsas məsələ- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun qəbuledilməzliyi, xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanaraq respublikamızın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə möhtərəm dövlət başçımızın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmış, məlum problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edib.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Prezidentinin fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini, məhz möhtərəm dövlət başçımızın apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. Vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti