...

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2012 20:06 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqə üçün Fonda 79 yazı verilib, onlardan 59-u qalib hesab edilib.

O deyib ki, onlardan 44-nə müsabiqənin şərtlərinə uyğun olaraq min manat (hər birinə), qalan 15 nəfərə isə həvəsləndirici mükafat - 300 manat verilib.

Səfərli onu da qeyd edib ki, 2012-ci ildə təkcə yazı müsabiqələrində 240 jurnalist mükafatlandırılıb və bu mükafatlandırılan jurnalistlərin içərisində bölgə jurnalistləri də olub.

O qeyd edib ki, bu gün həmçinin Suraxanı və Binəqədi rayonları ilə birgə keçirilən müsabiqənin qalibləri mükafatlandırılacaq.

Səfərlinin sözlərinə görə, rayon müsabiqələrində isə Suraxanı və Binəqədi rayonlarında keçirilən müsabiqələrdə isə 1-ci yer üçün min manat, 2-ci iki yerə 800 manat, 3-cü 3 yerə isə 600 manat mükafatın verilməsi nəzərdə tutulub.

Fond sədrinin sözlərinə görə, bundan əlavə, həmçinin həvəsləndirici mükafatlar nəzərdə tutulub ki, onların hər birinə 500 manat mükafat veriləcək.

O, Fondun bu il çox işlər gördüyünü, eyni zamanda, beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənov və digər dövlət rəsmiləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti