...

Saakaşvili Gürcüstanda hücuma məruz qalan azərbaycanlı ailəyə baş çəkib

Cəmiyyət Materials 30 Dekabr 2012 16:43 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Qardabani rayonunun Candari kəndində Məmmədovlar ailəsinə baş çəkib. Gürcüstan Prezidenti Administrasiyasından Trend-ə verilən məlumata görə, dövlət başçısı silahlı soyğunçuların hücumundan zərər çəkən ailə üzvləri ilə görüşüb.
Saakaşvili Gürcüstanda hücuma məruz qalan azərbaycanlı ailəyə baş çəkib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Qardabani rayonunun Candari kəndində Məmmədovlar ailəsinə baş çəkib. Gürcüstan Prezidenti Administrasiyasından Trend-ə verilən məlumata görə, dövlət başçısı silahlı soyğunçuların hücumundan zərər çəkən ailə üzvləri ilə görüşüb.

Şənbə günü soyğunçular ailəyə hücum edib və xüsusi qəddarlıq nümayiş etdiriblər. Onlar pul və qızıl tələb ediblər, bütün bunları əldə etmək üçün isə ailə üzvlərinə işgəncə veriblər. Soyğunçular arzuladıqlarını əldə etmək üçün oğlan uşağının barmağını kəsiblər. Onlar özləri ilə 15 min lari və qızıl məmulatları aparıblar.

Hazırda Məmmədovlar ailəsinə hücumda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Prezident qeyd edib ki, ölkədə elan olunan amnistiya ilə vəziyyət qəflətən pisləşdi. O, xüsusən zəhmətkeş xalqın yaşadığı Qardabani rayonunun sakinlərinə hücum edildiyinə görə təəssüfünü bildirib: "2004-2012-ci illərdə bu rayonda cəmi 9 soyğunçuluq faktı olub, lakin son 2 ay ərzində hakimiyyətə yeni siyasi güclərin gəlişindən sonra 13 quldurluq hadisəsi baş verib".

Prezident Saakaşvili söz verib ki, həbsxanalardan çoxsaylı əfv olunanların çıxdığı bir şəraitdə vətəndaşların mühafizəsi və patrul xidməti gücləndiriləcək.

O, həmçinin ailəyə dəymiş zərərin ödəniləcəyini vəd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti