...

Ryazanlı uşaqlara Leyla Əliyevanın adından Yeni il hədiyyələri təqdim olunub

Cəmiyyət Materials 3 Yanvar 2013 00:42 (UTC +04:00)
Rusiya Federasiyasının Ryazan şəhərinin Gənclər Sarayında keçirilmiş Yeni il gecəsində müxtəlif xalqların bayram ənənələri haqqında tamaşa göstərilib və müxtəlif millətlərdən olan uşaqların, o cümlədən balaca həmvətənlərimizin iştirakı ilə şən müsabiqələr olub.
Ryazanlı uşaqlara Leyla Əliyevanın adından Yeni il hədiyyələri təqdim olunub

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Rusiya Federasiyasının Ryazan şəhərinin Gənclər Sarayında keçirilmiş Yeni il gecəsində müxtəlif xalqların bayram ənənələri haqqında tamaşa göstərilib və müxtəlif millətlərdən olan uşaqların, o cümlədən balaca həmvətənlərimizin iştirakı ilə şən müsabiqələr olub.

AzərTAc xəbər verir ki, uşaqlar üçün bayram yolkası təşkil edilib və "Yeni il yolkasının nağılları" musiqili nağıl tamaşası göstərilib.

Onlara Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti