...

Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 10 Yanvar 2013 12:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı son araşdırmanın nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı son araşdırmanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 75 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 52 iş üzrə 217100 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 9323.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 18896.46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qruplarına 39 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti