...

Badamdardakı sürüşmə sahəsində nisbi gərginlik var

Cəmiyyət Materials 11 Yanvar 2013 15:05 (UTC +04:00)
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolunun sağ tərəfində - "Bəyoğlu" restoranının qarşısındakı ərazidə dekabrın 1-də baş vermiş sürüşmə sahəsində nisbi gərginlik var.
Badamdardakı sürüşmə sahəsində nisbi gərginlik var

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən "20-ci sahə"yə gedən avtomobil yolunun sağ tərəfində - "Bəyoğlu" restoranının qarşısındakı ərazidə dekabrın 1-də baş vermiş sürüşmə sahəsində nisbi gərginlik var. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, əslində ərazidə demək olar ki, stabilləşmə baş verib və təhlükə gözlənilmir.

Qaralov bildirib ki, ərazidə aparılan texniki tədqiqatlar əsasən başa çatdırılıb. Yamacda aparılan qazma işləri yekunlaşdırılıb. Bu işlər yarğan hissədə davam etdirilir.

Nazirlik rəsmisinin sözlərinə görə, sürüşmə sahəsinin geoloji modeli hazırlanıb və layihəçilərə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti