Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın bəzi sürüşmə sahələrində nisbi aktivləşmə yaranıb. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.
Onun sözlərinə görə, Şamaxının Muğanlı kəndində, Bakı-Şamaxı-Yevlax magistral yolunun 106 və 133-cü km-də nisbi aktivləşmə müşahidə edilir.
Bununla yanaşı, Bakıda Qaracuxur sürüşmə sahəsində və Əhmədli II sürüşmə sahəsində ciddi olmasa da, aktivləşmə var.
Qaralov sadalanan ərazilərdə aktivləşmənin təhlükəli olmadığını da açıqlayıb.