...

Azərbaycanda ötən il mehmanxana və turizm fəaliyyəti ilə məşğul olmaq istəyənlərə 141 lisenziya verilib

Cəmiyyət Materials 11 Yanvar 2013 16:29 (UTC +04:00)
Ötən il ərzində Mədəniyyət və Turizm Nazirliyi 141 hüquqi və fiziki şəxsə mehmanxana və turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.
Azərbaycanda ötən il mehmanxana və turizm fəaliyyəti ilə məşğul olmaq istəyənlərə 141 lisenziya verilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ötən il ərzində Mədəniyyət və Turizm Nazirliyi 141 hüquqi və fiziki şəxsə mehmanxana və turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, keçən il 81 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin, 60 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

Bununla yanaşı, Nazirlər Kabinetinin "Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"na əsasən, nazirlik tərəfindən 2012-ci il ərzində 37 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Onlardan 11-nə "beş", 20-nə "dörd", 4-nə "üç", 2-nə "iki" ulduz kateqoriyası verilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti